Livanda partlayışla bağlı bir neçə nəfər həbs edildi

Baxış sayı:
461

Livanın paytaxtı Beyrutda güclü partlayış baş verən limanın administrasiyasının 16 əməkdaşı saxlanılıb.

Bu barədə "TASS" xəbər verir.

Qeyd edək ki, avqustun 4-ü Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 100-dən çox şəxs həlak olub, 5 minə yaxın insan isə xəsarət alıb.

Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.