Livanda partlayışda minlərlə insan yaralanıb, onlarla ölən var - VİDEO, FOTO / Yenilənib

Baxış sayı:
897

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Livan cəmiyyəti Beyrutdakı partlayış zamanı 2,2 min nəfərdən çox insanın xəsarət aldığını bildirib. 

"Report" xəbər verir ki, bu barədə yerli OTV telekanalı bildirib.

Məlumata görə, hadisə zamanı azı 30 nəfər həlak olub. 

***21:00

Livanın paytaxtı Beyrutda baş verən ard-arda iki partlayışda azı 10 nəfər ölüb.

Bu barədə "Reuters" məlumat yayıb. Təhlükəsizlik orqanlarındakı mənbə bildirib ki, tibb müəssisəsinə 10 meyit gətirilib. Hadisə zamanı həmçinin yüzlərlə insanın xəsarət aldığı bildirilir. 

***20:50

Livanın paytaxtı Beyrutda baş verən ard-arda iki partlayışda azı 6 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” yayıb.

Bildirilib ki, partlayışın səsi Kiprdə belə eşidilib.

**0:22

Livanın paytaxtı Beyrutda ard-arda partlayışlar olub.

“Al Arabiya” xəbər verir ki, hadisə nəticəsində səmada böyük qara tüstü ortaya çıxıb.

Partlayış episentrinə yaxın olan binaların şüşələri dağılıb.

Bildirilib ki, partlayış nəticəsində azı 1 nəfər ölüb.