Livan ordusu "Cəbhət ən-Nüsrə" terror qruplaşmasının anbarında ABŞ raketləri tapıb

Hərbçilər silahı terrorçuların Livanın şimal-şərqindəki bir neçə mövqeyinə nəzarəti ələ aldıqdan sonra aşkarlayıblar
 
Livan hərbçiləri "Cəbhət ən-Nüsrə" terror qruplaşmasının gizli silah anbarında ABŞ istehsalı olan tank əleyhinə "TOW" raketlərini tapıblar.
Bu barədə "Reuters" Livanın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, hərbçilər silahı terrorçuların Livanın şimal-şərqindəki bir neçə mövqeyinə nəzarəti ələ aldıqdan sonra aşkarlayıblar.
"Hizbullah" döyüşçüləri iyulun 21-də Suriya ilə sərhəddəki dağlıq Ersal rayonunun "Cəbhət ən-Nüsrə" terror qruplaşmasından azad edilməsi əməliyyatına başlayıblar. Livanın şiə hərəkatı 6 günlük hərbi əməliyyatlar ərzində, Suriya ordusunun öz ərazisindən dəstək verməsi ilə ölkə ərazisini tamamilə "Cəbhət ən-Nüsrə"dən azad ediblər.