Livan-İsrail sərhədində gərginlik

Livan-İsrail sərhədində gərginlik yaranıb.
 
İsrail əsgərləri sərhəddə livanlı əsgərlərin olduğu əraziyə atəş açıb, onları təhqir ediblər. Bundan sonra tərəflər arasında gərginlik artıb.
İnsidentlə bağlı Livan Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, İsrail əsgərləri silahlarını Livan əsgərlərinə tuşlayıb, daha sonra əsgərləri təhqir ediblər və Livan tərəfə 3 ədəd bomba atıblar.
Bildirilib ki, hazırda Livan ordusu müdafiə mövqeyini seçib, eləcə də mütəxəsislər sərhəddə baş verən hadisə ilə bağlı araşdırma aparırlar.
Rəsmi Beyrut baş verən gərginlikdən sonra BMT ilə koordinasiya olunmuş şəkildə hərəkət edəcəklərini qeyd edib.
Livan mediası isə iddia edir ki, İsrailin sərhədə atdığı bombalar səbəbindən bir neçə Livan əsgəri xəsarət aldıqları üçün xəstəxanalara aparılıb.