​Litva Gürcüstan adından İMTİNA EDİR

Litva 2018-ci ildən etibarən Gürcüstanı rəsmi olaraq “Sakartvelo” adlandıracaq.
Bu barədə informasiyanı Almaniya mətbuatı yayıb. Qəzet bununla da litvalıların Gürcüstanı rusca adlandırmaqdan imtina edəcəklərini bildirib.
Qeyd edək ki, 2011-ci ildə Gürcüstanın Xarici İşlər Nazirliyi xarici dövlətləri Gürcüstanı “Sakartvelo” kimi adlandırmağa çağırmışdı, lakin yalnız Cənubi Koreya bunu etmişdi.