​Lionel Messi dördüncü dəfə “Qızıl buts” aldı - Foto

“Barselona” klubunun hücumçusu Lionel Messi 2016-2017-ci illər mövsümünün ən yaxşı bombardiri kimi mükafatlandırılıb.
Muxalifet.az  xəbər verir ki, argentinalı forvard öz karyerası ərzində dördüncü dəfə “Qızıl buts” mükafatı alıb.
Mükafat ona Barselonada keçirilən xüsusi mərasimdə təqdim edilib. Mərasimdə argentinalı futbolçunun klub üzrə yoldaşları Andres İnyesta, Serxio Buskets və “Qızıl buts”un ötən ilki sahibi Luis Suares də iştirak ediblər.
“Qızıl buts” mükafatına dördüncü dəfə sahib olmaq üçün L.Messi ötən La Liqa oyunlarında 37 qol vurub. O, həmin mükafatı daha əvvəl 2009-2010 (34 qol), 2011-2012 (50 qol) və 2012-2013 (46 qol) illər mövsümlərində qazanıb.