Əlil, şəhid ailələri sabah etiraz aksiyası keçirəcək

Jurnalistlər evindən Qarabağ əlili olan jurnalistlərə mənzil ayırmadığına görə
 
Bir qrup Qarabağ əlili, şəhid ailəsi Prezident yanında KİVDF-nin ofisinin qarşısında etiraz aksiyası keçirmək barədə xəbərdarlıq ediblər. Onların başlıca tələbi əlil-jurnalistlərin siyahıdan kənarda qalması, əvəzində dövlət orqanlarının bir neçə evi olan məmurlarının mənzillə təminatı ilə bağlıdır. Mənzil bölgüsündə ayrı-seçkiliyə yol verilməsi də aksiyanın gündəmindədir. Aksiyanın 21 Iyul 2017-ci ildə saat 15-də baş tutacağı bildirilib. Prezident Administarsiyasına təqdim edilən xəbərdarlıq bildirişini 35 əlil-şəhid ailəsi imzalayıb.
Məğrur Bədəlsoy, Qarabağ əlili, müstəqil jurnalist/azadliq.info