​Əlil “Barbi”lər satışa çıxarılacaq - “Fiziki məhdudiyyət gözəlliklə ziddiyyət təşkil etmir”

Baxış sayı:
4603

Dünyanın ən məşhur oyuncaq brendi olan "Barbi” gəlincikləri seriyasına yeni modellər əlavə olunacaq. Muxalifet.az Medicina.az-a istinadən xəbər verir ki, bu modellər protez ayaqlı və əlil arabasında olacaq. "Barbi” gəlinciklərinin istehsalçısı "Mattel” şirkəti bəyan edib ki, bu gəlinciklər uşaqlara əlillik və fiziki qüsurun gözəlliklə ziddiyyət təşkil etmədiyini aşılayacaq və fiziki məhdudiyyətli uşaqlarda özünə əminlik yaradacaq. Şirkət yeni gəlinciklərin bu ilin iyun ayından satışa çıxarılacağını bildirib.