Liftin düyməsini ayağı ilə vuran BP-nin vitse-prezidentidir? – AÇIQLAMA​

Baxış sayı:
891

Sosial şəbəkələrdə bir şəxsin naməlum obyektdə lifti çağırmaq üçün ayağından istifadə etməsi ilə bağlı görüntülər yayılıb. Kadrlarda liftin düyməsini ayağı ilə vurduğu müşahidə olunan bu şəxs, iddiaya görə “British Petrol”-un(BP) Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı (midstrim) əməliyyatlar üzrə vitse-prezidenti Zaur Paşayevdir.

Məsələ ilə bağlı BP ilə əlaqə saxladıq. Şirkət faktı nə təsdiq, nə də təkzib etdi. Qurumdan Yeniavaz.com-a bildirildi ki, onlarda bu şəxsin Zaur Paşayev olub-olmamasına dair heç bir məlumat yoxdur.