​Liderlər Ankarada hədəflərini açıqladılar - ÇIXIŞ

Baxış sayı:
5501

Ankarada Suriya məsələlərinə həsr olunmuş üçtərəfli zirvə toplantısının ardından Türkiyə, İran və Rusiya prezidentlərinin birgə mətbuat konfransı keçirilir.
 
Muxalifət.az axar.az-a istinadən liderlərin zirvə ilə bağlı çıxışlarını təqdim edir:
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan:
 
- Bu zirvəyə ev sahibliyi etməkdən məmnunluq hissi keçiririk. İlk zirvədən indiyə qədər Suriyada mühüm hadisələr yaşandı. Gərginliyi azaltmaq barədə Türkiyə üzərinə düşən öhdəlikləri yüksək həssaslıqla yerinə yetirir. İdlibdəki səkkizinci müşahidə nöqtəsinin də bu məsələdəki qətiyyətimizi nümayiş etdirdiyini düşünürəm. Bu məqama bütün dünya diqqət yetirməlidir. Suriyanın ərazi bütövlüyü bütün terror qruplaşmalarına eyni məsafədə dayanmaqdan asılıdır. İŞİD-ə qarşı Türkiyə ən fəal mübarizə aparan ölkələrdən biridir. “Zeytun budağı” əməliyyatı ilə eyni mübarizəni bir digər terror qruplaşması olan YPG-PYD-PKK-ya qarşı davam etdiririk. Biz sadəcə təhlükəsizliyi təmin etməklə kifayətlənmir, eyni zamanda, nəzarəti ələ keçirdiyimiz əraziləri suriyalı qardaşlarımız üçün yaşana biləcək hala gətiririk. Cerablus-Əl-Bab bölgəsinə 160 min suriyalı qardaşımız geri qayıdıb. Afrin bölgəsindəki mina axtarışlarını tamamlayıb, infrastrukturu bərpa etdikdən sonra yüz minlərlə suriyalının bölgəyə qayıtmağını gözlədiyini bilirik. Menbiç başda olmaqla, PYD-YPG nəzarətindəki əraziləri təhlükəsiz hala gətirənə qədər dayanmayacağımızı təkrar edirəm.
 
İran Prezidenti Həsən Ruhani:
 
- Bizim bölgəmiz son dövrlərdə böyük və çox vacib problemlə qarşılaşdı. Bu problem terrordur. Terrorçulara bəzi ölkələr təlim keçib, silah və ləvazimatla təmin edib. Terrorçular Suriyaya aid neft və təbii qazı sata bilirlər. ABŞ başqa olmaqla, bəzi döyük dövlətlər İŞİD və Nüsrə Cəbhəsi kimi terror qruplaşmalarının bizim bölgəmizdə uzun müddət qalmasını və onlardan vasitəçi kimi istifadə etməyi istəyir. Suriya və İraq dost ölkələrin köməyi ilə bu təhlükəni aradan qaldırdı. Türkiyə, İran və Rusiya Suriyadakı atəşkəs prosesində əhəmiyyətli rol oynayıb. Mən bu gün Suriya xalqının sülhə olan ümidinin dünənkindən daha çox olduğunu düşünürəm. Suriya xalqı evinə qayıtmaq üçün daha çox ümidlidir. Bu gün çox sevincliyəm ki, 3 ölkə Ankarada 2-ci zirvəni təşkil etdi. Suriya və onun gələcəyi ilə bağlı çox vacib toplantılar gerçəkləşdirdik”.
 
Rusiya Prezidenti Vladimir Putin:
 
- Üçtərəfli formatdakı görüşlər olduqca müsbət məcrada keçirildi. Vacib razılaşmalar əldə olundu. Bu razılıqlar ortaq deklorasiyada da yer aldı. Biz Suriyanın müstəqilliyinin ortaq deklorasiyada əksini tapmasını təmin etdik. Türkiyə, Rusiya və İranın ortaq qərarı Suriyanın suverenliyi və ərazi bütövlüyünün təmin olunmasıdır. Astana formatının faydalı olduğu dəfələrlə sübuta yetirilib. Bu, Suriyadakı şiddəti əhəmiyyətli dərəcədə azaltdı. Qaçqınlar ölkələrinə dönməyə başladılar. İŞİD Suriyada kəskin məğlubiyyətə uğradıldı. Suriyanın iqtisadi infrastruktunu gücləndiririk. Hədəfimiz terroru tamamilə aradan qaldırmaqdır. Rusiya heyəti iki gündür Türkiyədədir. Bizə görə ziyarət çox uğurlu keçdi. Türkiyə və Prezident Ərdoğana təşəkkür edirəm. Türkiyə, İran və Rusiyadan başqa heç kim bir addım atmır. BMT kömək edir, ancaq bu kifayət deyil”.