​“Lider” telekanalının rəhbəri ölkədən qaçıb?

Ədalət Əliyev ölkədən qaçmayıb və “Lider” telekanalına rəhbərlik etməkdə davam edir.
Muxalifet.az virtualaz.orga istinadən xəbər verir ki, bir qədər öncə sosial şəbəkələrdə birdən-birə bir neçə məşhur bloger “Lider” telekanalının rəhbərliyinin dəyişməsi barədə xəbərlər paylaşıblar. Bundan əlavə, Ədalət Əliyevin Azərbaycandan qaçması bildirilirdi.
Bu şayiələr həqiqətə uyğun deyil. Ədalət Əliyev “Lider” telekanalına rəhbərliyini davam etdirir. Bundan savayı, hazırda telekanalda xəbər yayımçılığına keçidlə bağlı irimiqyaslı restrukturizasiya işləri aparılır.