Əli Əsədovdan yeni qərar: Nazirliyin kollegiya tərkibi dəyişdi

Baxış sayı:
3382

Nazirlər Kabinetinin “Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2016-cı il 11 avqust tarixli 300 nömrəli qərarında dəyişiklik edilib. Muxalifet.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib: Kollegiyanın sədri Azərbaycan Respublikasının Maliyyə naziri Kollegiyanın üzvləri: Azərbaycan Respublikası Maliyyə nazirinin birinci müavini Azərbaycan Respublikası Maliyyə nazirinin müavini Azərbaycan Respublikası Maliyyə nazirinin müavini Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbərinin müavini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Büdcə şöbəsinin müdiri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi”.