Əli Mirəliyev övladını atıb gedən gəlini ilə bağlı ŞOK SİRRİ AÇDI: “Oğlum yaxşı kişi olsaydı...” - VİDEO

Baxış sayı:
4180

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Əli Mirəliyevin adaşı nəvəsi olub.

Muxalifət.az xəbər verir ki, sənətçi gəlininin adaşı olan nəvəsini atıb getməsindən danışıb:

“Əgər ana uşağını tərk edib gedirsə, o kimə bağlanmalıdır? Nənəyə, babaya. 12-13 yaşından tərk edib gedib. Amma hansı ana balasını qoyub gedə bilər? Heç olmasa arada gəl, gör, axı sən onu 9 ay bətnində gəzdirmisən? Bütün dünyanı gəzir. İş adamıdır, işləyir, yaxşı da işi var. Qəyyumluq üçün sənəd lazım olub, nənəsi anasına zəng edib deyib ki, gəl sənəd üçün lazımsan. Uşaqla heç görüşməyib, baxıb, çıxıb gedib. Uşağın günahı adının Əli Mirəliyev olmasıdır.

Mənim oğlum da günahkardır. Hansı arvad evdən qaçar? Pis kişidən qaçar da. Mən bunu da deyirəm. Deməli mənim oğlum işini düzgün qurmayıb. Evdən çıxıb paltarlarını, uşağa alınan bahalı telefonu da verməyib. İki ildən çoxdur ki, uşaqdan imtina edib”.