​Əli Kərimli prokurorluqda 3 saatdan çox dindirilib

Baxış sayı: 84

Əli Kərimli müavini Gözəl Bayramlıya qarşı qaldırlmış cinayət işi üzrə ifadə verib
Iyunun 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 3 saatdan çox dindirilib.
Dindirmə AXCP sədrinin müavini Gözəl Bayramlının işi üzrə olub. Bu barədə Amerikanın Səsinə Əli Kərimlinin özü bildirib. O, cinayət işini "absurd, uydurma" adlandırıb. Kərimlinin fikrincə, Gözəl Bayramlının sərhəddən pul keçirməsi belə kriminal deyil: “Hətta, təsəvvür etsək ki, o pul Gözəl xanımın idi. Pulu sərhəddən keçirmək kriminal deyil. Həm də onlar iki nəfər idi, pul olsa idi bölərdilər, gömrük bəyannaməsinə də ehtiyac yaranmazdı. Amma, Gözəl xanımı sərhəd-keçid məntəqəsində saxlayıblar, gömrük-nəzarətt məntəqəsinə keçməsainə imkan verməyiblər. Gözləyərdilər, bəlkə Gözəl xanım gömrük bəyannaməsi dolduracaqdı”, -deyə bildirib.
G.Bayramlı mayın 25-də Gürcüstandan gələrkən saxlanılıb. O, qaçaqmalçılıqda ittiham olunub. G.Bayramlı gömrük bəyannaməsi təqdim etmədən 12 min dollar gətirməkdə ittiham edilir.