​Əli İnsanov yenidən məhkəmə qarşısına çıxacaq

Baxış sayı:
2682

Sabah Fərhad Kərimovun sədrliyi ilə Ali Məhkəmə sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətinə baxacaq.
Muxalifət.az xatırladır ki, 2017-ci ilin aprel ayının 27-də Qaradağ Rayon Məhkəməsində Əli İnsanov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Keçmiş nazir psixotrop və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsində müqəssir hesab edilmişdi.
Məhkəmənin qərarı ilə Ə.İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilmişdi.