Əli Həsənovun nəvəsinin maşın kolleksiyası - FOTOLAR

Azərbaycan ictimaiyyətinin, mediasının gündəmini bir həftədir ki, Baş nazirin müavini, "Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin "Gelandewagen” markalı avtomobillə törətdiyi qəza məşğul edib.
 
BakuPost.az xəbər verir ki, Əli Həsənovun nəvəsinin avtomobildə olması əvvəlcə gizlədilməyə çalışılsa da, sonradan DİN-in yaydığı məlumatlar bu iddianı alt-üst etdi və rəsmi qurumlar tərəfindən bildirildi ki, sözgedən qəza ilə bağlı cavabdeh şəxslərin hər biri məsuliyyətə cəlb olunub. Nail Allahverdiyevin həbs olunması haqda informasiya yayıldı.
Məlumat üçün bildirək ki, baş vermiş qəzada iki Türkiyə vətəndaşı da ölümcül bədən xəsarətləri alıb. Hazırda onların 3 azyaşlı övladı dövlət qurumlarının nəzarətinə götürülüb. İki nəfərin ölümü ilə nəticələnən qəzanın digər iştirakçısının barəsində isə 1 aylıq inzibati həbs qətimkan tədbiri seçilib.
"Qafqazinfo”nun yazdığına görə, yol polisləri Naili və dostlarını dəfələrlə saxlayıblar.
Mətbuatda Nail Allahverdiyevin maşın kolleksiyasının da olduğu bildirilirdi.
Əli Həsənovun nəvəsinə məxsus olduğu bildirilən avtomobillərin fotolarını təqdim edirik: