Əli Həsənovu hansı məmur şantaj etdirir? – “QAÇQINKOM” SƏDRİNİN AÇIQLAMASI QALMAQAL YARATDI

Hüseynbala Mirələmov deputatlar arasında  həftənin birincisi və yeganə deputat nümayəndəsi oldu

Baxış sayı:
15175

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, ötən həftə - 26 fevral – 04 mart 2018-ci il tarixində elektron mətbuatda məlumatlar əsasən Xocalı faciəsi haqqında olmuşdur. Buna baxmayaraq həmin tarixdə, keçən həftədə olduğu kimi, elektron mətbuatda daha çox yer ayrılan vəzifəli şəxs Baş nazirin müavini Əli Həsənov olmuşdur. ““Məni sifarişlə şantaj edirlər” - Əli Həsənovdan nəvəsi ilə bağlı yazılanlara reaksiya”, “Əli Həsənovun qohumları ilə bağlı yeni iddialar: "Qaçqınkom" sədri təkzib edir” və “Əli Həsənovu kimlər şantaj edir? - qalmaqallı açıqlama: "Sifarişçi bəllidir”” başlıqlı 3 yazı ümumilikdə 19 elektron KİV-də işıqlandırılmışdır. Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Yavər Camalovun dayısı oğlu həbs olundu - Adam güllələyib” başlıqlı məqalənin 7 elektron KİV-də yayılması ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Yavər Camalov tutur. Mətbuatda adı ən çox hallanan vəzifəli şəxslər siyahısında 3-cü və sonuncu yeri “Ağdamda pambıq qalmaqalı: pulunu Kəmaləddin Heydərovdan al!” başlıqlı yazının 5 elektron KİV-də yayılması ilə Azərbaycan Respublikası Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tutur. Oğlunun ağır qəza törətməsi Mirələmovu həftənin birincisi etdi Həftə ərzində “Bakıda deputat oğlunun ağır qəza törətdiyi bildirilir - FOTO” adlı yazının 16 saytda işıqlanması ilə Xətai rayon deputatı Hüseynbala Mirələmov deputatlar arasında həftənin birincisi və yeganə deputat nümayəndəsi olmuşdur. Muxalifet.az