Əli Həsənov prezidentin köməkçisi oldu - SƏRƏNCAM

Əli Həsənov Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

Rəsmi məlumata görə, prezident İlham Əliyev Əli Məhəmmədəli oğlu Həsənovun Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilməsi haqqında bu gün sərəncam imzalayıb.

Xatırladaq ki, Ə.Həsənov Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin rəhbəri vəzifəsində çalışırdı. 

Muxalifet.az