Əli Həsənov medianın "qara siyahı"sında - ÖTƏN HƏFTƏ SAYTLAR ƏN ÇOX “QAÇQINKOM” SƏDRİNDƏN YAZDI

Mətbuatın diqqət mərkəzində olan ikinci məmur Azad Rəhimovdur...

Baxış sayı:
5795

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

 
Ötən həftə - 20-26 noyabr 2017-ci il tarixlərində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov olub. Onun barəsində “Əli Həsənovun karyerasına təhlükə yaranıb”, “HƏRBİ XİDMƏTDƏ OLMAYIB, HEÇ VAXT İŞLƏMƏYİB! – Əli Həsənovun nəvəsinin ŞOK anket məlumatları”, ““Əsgər getməyənə qız verməyin” deyən Əli Həsənovun nəvəsi əsgər getməyib — ÖZÜNÜİFŞA” adlı 3 müxtəlif məqalə 21 elektron KİV-də işıqlandırılmışdır.
 
Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Nazirlikdəki korrupsiya materialları parlamentə göndərildi - Nöqsanlara yol verən məmurlara rəsmi cəza tələbi”, “Azad Rəhimovun nazirliyində böyük korrupsiya faktları”, “Palata Azad Rəhimovun nazirliyində nöqsanlar tapdı — Milli Məclisə məlumat verdi” 3 müxtəlif adlı, eyni məzmunlu məqalənin 12 elektron KİV-də yayılması ilə Gənclər və idman naziri Azad Rəhimov tutur.
 
Nəhayət, adı ən çox hallanan vəzifəli şəxslər siyahısında 3-ci yeri isə “Arzu Rəhimov Əli Həsənovun nəvəsini əsgərlikdən yayındırıb”, “Arzu Rəhimov Novruzəli Orucovu oğlu ilə necə “baltaladı”? - Müdhiş iddialar” adlı 2 məqalənin  6 elektron KİV-də yayılması ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov tutur.
 
Ötən həftə mətbuat ən çox hansı deputatdan yazdı? – AĞALAR VƏLİYEV HAQDA SENSASİON  YAZI
 
Həftə ərzində “Deputatın “Kristal Abşeron”un sakinləri bezdirib – soyğunçuluq” adlı yazının 6 saytda işıqlanması ilə Milli Məclisin deputatı Ağalar Vəliyev  deputatlar arasında  həftənin birincisi və yeganə deputat nümayəndəsi olub.

Muxalifet.az

P.S. Qeyd edək ki, həftəlik təhlil üçün əldə edilən 137 məlumat ümumilikdə 43 elektron KİV-də yayılmışdır. Onlardan 12-də bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində digər 31 saytın paylaşım statistikası aşağıdakı cədvəldəki kimidir.
Bununla yanaşı, ən çox bu tip məlumatları paylaşan politika.az  saytını 10 məlumatından 6-sı ilk dəfə olaraq bu saytda verilmiş, daha sonra digər saytlar tərəfindən tirajlanmışdır.
Diqqətçəkən məqamlardan biri isə odur ki, ötən həftə siyahımızda ikinci olan anaxeber.az saytı bəzi məlumatları yaydıqdan sonra silir. Bu isə saytın tərəfimizdən müəyyənləşdirilən yeri dəyişikliyə məruz qalır.