​Əli Abbasov vəzifəsindən azad edildi

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib.
Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncamı bu gün imzalayıb.
Mətbuat bundan əvvəl Ə.Abbasovun Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə istintaqa çağırlması barədə məlumat yaymışdı. Buna nazirliyin həbs edilən aparat rəhbəri Vidadi Zeynalovun nazirin əleyhinə ifadə verməsi səbəb olmuşdu.
V.Zeynalov özü isə "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun ifadəsi əsasında saxlanılıb. B.Hüseynov isə öz növbəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, Ə.Abbasov Baş Prokurorluqdakı istintaq zamanı ona elan olunmuş ittihamları rədd edib və Eldar Mahmudovun əleyhinə ifadə verib.