​Əli Abbasov kafedra müdiri vəzifəsində çalışır

Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun kafedra müdiri olduğu İqtisad Universitetində dərslərə buraxılmaması barədə yayılan məlumatlara universitetdən aydınlıq gətirilib.
İqtisad Universitetinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sabiq naziri universitetdə hazırda İnformasiya İqtisadiyyatı və Texnologiyaları kafedrasının müdiridir:
“O, vəzifəsindən azad edilməyib. Düzdür Ə. Abbasov universitetə gəlmir. Ancaq nazirliyin saytından da göründüyü kimi o, hələ də vəzifəsini icra edir. Dərs demək üçün auditoriyasına buraxılmamasına gəlincə, akademik əvvəl də universitetdə dərs demirdi. Ona görə də onun auditoriyaya buraxılmaması barədə yayılan məlumatlar həqiqəti əsk etdirmir”.