​Ləğv edilmiş müəssisə maşınlarını sata bilmir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinin balansında olan avtomobilləri sata bilmir.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, nazirlik ləğv etdiyi müəssisənin avtomobillərini növbəti dəfə hərraca təqdim etməyə məcbur olub. Bu səbəbdən də Əmlak Məsələləri Dövlət Komitəsi nazirliyin 7 avtomobilinin özəlləşdirilməsi üçün 7 noyabr tarixində yeni hərrac təşkil edəcək.
Hərracda ləğv edilmiş Suşa Avtonəqliyyat Müəssisəsinin balansında olan yük maşınları satışa çxarılacaq. 1986-cı ilin KAMAZ-53212 markalı avtomobili 4500 manata, 1987-ci ilin MAZ-5549 avtomobili 2970 manata, 1987-ci ilin “Moskviç İJ-2715” avtomobili isə 450 manata təklif edilir. Hərracda həmçinin 3 ədəd 1987-ci il istehsalı olan KAMAZ-55111 markalı avtomobil də satılır ki, onların da ilkin start qiyməti 4680 manatdır.
Xatırladaq ki, bu avtomobillər ilk hərracda satılmadığı üçün 2-ci dəfə 10% endirimlə təqdim edilir.