​Leysan ölkəyə 147 milyon dollar zərər vurdu

Baxış sayı:
1609

Çinin cənub bölgələrinə şiddətli yağan yağışlar səbəbindən 127 min nəfər təhlükəsiz bölgələrə təxliyə edilib.
Muxalifet.az xəbər verir ki, bubarədə məlumatı "Yeni Akit" qəzeti yayıb.
Məlumata görə, təxliyə zamanı 2 nəfər həyatını itirib, 2 nəfər isə itkin düşüb.
Bundan başqa güclü yağışlar səbəbindən 27 vilayətə ziyan dəydiyi və 43 evin dağıldığı, 44 min 700 hektar əkin sahəsinin yararsız hala düşdüyü bildirilib.
Ölkəyə 147 milyon dollar maddi ziyan dəydiyi söylənilir.