Lerikin icra başçısından narazı olan sakinlər PREZİDENTƏ MÜRACİƏT ETDİ

Beyləqanın başçısı isə işçisinin qızını söyüb, əri gəlib, dava düşüb...

Baxış sayı:
10093

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləlkilə, 18-23 sentyabr 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “İki başçı yenidən təyinat ala bilər - İDDİA”, “Lənkəranda 28 ildir qışı qazsız keçirən sakinlər – Ölkə başçısına MÜRACİƏT OLUNDU” başlıqlı 2 məqalənin 7 elektron KİV-də yayılması ilə Lənkəran şəhər İcra Hakmiyyətinin başçısı Taleh Qaraşov tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “İcra başçısı şöbə müdirinin qızını işdən azad etdi, yerinə isə... - Beyləqanda növbəti qalmaqal”, “Başçı işçisinin qızını söydü, əri gəldi, dava düşdü- Beyləqanda”, “İcra başçısı görüş videolarını montaj etdirib, PREZİDENT ADMİNİSTRASİYASINA GÖNDƏRİR – Şok iddia”, “Bağça müdirəsini söyən Beyləqanın başçısı prezidentin gəlişinə drenajı 30 minə satıb – Faktlar/linklər” başlıqlı 4 məqalənin 5 elektron KİV-də yayılması ilə Beyləqan rayon İcra Hakmiyyətinin başçısı Vaqif Abdullayev tutur.

Nəhayət, elektron KİV-lərdə adı ən çox hallanan icra başçıları arasında 3-cü yeri isə “İki başçı yenidən təyinat ala bilər - İDDİA” başlıqlı 1 məqalənin 3 elektron KİV-də yayılması ilə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev tutur.

Muxalifet.az