​Lerikdə “QAZ-66” aşdı - ÖLƏN VAR

Baxış sayı:
226

Lerik rayonunda yol qəzası baş verib. 
Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 14-də saat 14 radələrində rayonun Vıjaker kəndi ərazisində qeydə alınıb. 
Belə ki, həmin kəndin sakini Nazim Şərifov idarə etdiyi "QAZ-66” markalı avtomobili aşırıb. Nəticədə sərnişini, Conu kənd sakini Təvəkkül Mirzəyev hadisə yerində ölüb.
Lerik rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.