​Leninin cəsədi Rusiyada xaos yaradacaq - XƏBƏRDARLIQ

Rusiya Kommunist Partiyası keçmiş SSRİ lideri Vladimir Leninin cəsədinin basdırılmasına imkan verməyəcək.
Muxalifət.az
 “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda partiyanın lideri Gennadi Züqanov deyib.
Onun sözlərinə görə, Lenin basdırılması haqqında deyilənlər kütləvi qarışıqlıqlar təşkil etmək və keçmiş nəsli Qırmızı Meydana itələmək cəhdindən başqa heç bir şey deyil.
“Biz bu fitnələrə imkan verməyəcəyik”, - Züqanov bildirib.
Qeud edək ki, 2018-ci il prezident seçkilərində iştirak edəcəyini açıqlayan televiziya aparıcısı Kseniya Sobçak Vladimir Leninin cəsədinin mavzoleydən götürülərək dəfn edilməsini təklif edib. Həmçinin, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov da Leninin basdırılması təklifi ilə çıxış edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu mövzunu rezonans adlandırıb.