“Le Figaro” Putinin kölgəsində ucalan adamdan yazdı

Baxış sayı:
1486

Rusiya məmurları arasında Sergey Kiriyenko kimi özünü buqələmun kimi gizlətməyi bacaran çox az siyasətçi var. Lakin əyninə geydiyi boz kostyumlar, gözünə taxdığı incə eynəklərlə seçilən və sifət ifadəsindən məktəblilərə oxşayan 56 yaşlı bu adam Rusiya elitasının sönməyən ulduzlarından biri sayılır.
 
Musavat.com xəbər verir ki, bu cümlə Fransanın “Le Figaro” qəzetinin analitiki Pyer Avrilin yazısında yer alıb.
Müəllif bu təhlilini Rusiya Prezident administrasiyasının rəhbərinin 1-ci müavini, keçmiş baş nazir Sergey Kiriyenko ilə bağlı aparıb.
Pyer Avrilin fikrincə, kremlinoloqlar (Rusiya rəhbərliyinin fəaliyyətini izləyənlər, təhlil edənər-red.) onun 2024-də, yəni Putinin hakimiyyətdən gedəcəyi ildə siyasətdə baş rollardan birini oynayacağını söyləyirlər.
Yazıda Sergey Kiriyenkonun bu yaxınlarda “Rusiyanın milli qəhrəmanı” adına layiq görüldüyünə diqqət çəkilir. Onun bu cür hörmətli nişan alması bir çoxlarına indi də qəribə gəlir. Lakin Kiriyenkonun 2005-2016-cı illərdə “Rosatom” dövlət korporasiyasına rəhbərlik etdiyi unudulmamalıdır. Həmin illərdə isə Rusiya sonuncu nəsil nüvə silahlarının yaradılmasına nail olub.
“Mən konkret vəzifəni həyata keçirmək üçün işə götürülən peşəkar idarəçiyəm”, 1998-ci ildə 36 yaşlı Kiriyenko baş nazir vəzifəsindən qovulanda bəyan etmişdi. Lakin 20 il sonra belə onun bu sözləri siyasi uzunömürlülüyünü təmin edən məsələ çevrilib”,- Avril yazıb.
“Kiriyenko üçün siyasət biznesin müxtəlif növlərindən biridir və ya əksinə... Bu adam olduqca çevikdir və heç vaxt küləyin əksinə getmir”,- Sergey Kiriyenkonun vaxtilə daxil olduğu “Sağ qüvvələr birliyi” partiyasının keçmiş vəkili Vadim Proxorov müəllifə bildirib.
“Prezident üçün onunla işləmək çox asandır. Bundan başqa, Kiriyenko digər saray əyanlarına çox da bağlı adam deyil. Putin isə özünün strategiyasını anlayan insanları sevmir”,- Sergey Kiriyenkonun 1998-2000-ci illərdə müşaviri olmuş, politoloq Qleb Pavlovksi qeyd edib.