​Əlcəzairdə etirazlar zamanı 195 nəfər saxlanılıb

Baxış sayı:
6001

Əlcəzairdə etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 195 nəfər saxlanılıb.
Muxalifet.az "Report"a istinadən bildirir ki, bu barədə "Tsa-Algerie" bildirib.
Nəşrin məlumatına görə, aksiyaların gedişatında 112 polis əməkdaşı xəsarət alıb. Qeyd edilir ki, etirazlar nəticəsində Əlcəzairin paytaxtına da maddi ziyan dəyib.
Küçələrə çıxan etirazçılar prezident Əbdüləziz Buteflikin namizədliyini beşinci müddətə irəli sürməsi qərarına qarşı çıxıblar.
Daha əvvəl Əlcəzairdə müxalifət qüvvələri prezident Əbdüləziz Buteflikin istefasını, hökumətin buraxılmasını, ölkədə keçid dövrünün elan olunmasını tələb edib.