“Lazım olsa, baş verəcəyik, AMMA BAŞ ƏYMƏYƏCƏYİK” – ƏRDOĞAN

Türkiyədə müxtəlif ölkələrin bəzi insanlarının rahatlıqla “at oynatmalarına” imkan verməyəcəyik deyən prezident Ərdoğan, "Lazım gələrsə, baş verəcəyik, amma əsla baş əyməyəcəyik" deyə, bildirib.
 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünən prezident sarayında keçirilən toplantıda diqqət çəkən fikirlər söyləyib:
“15 İyul çevrilişi uğurlu olsaydı və Türkiyənin 81 vilayəti və 80 milyon vətəndaşı FETÖ-nun əlinə keçsəydi, halımız necə olardı? Çanaqqalada, Sevrdə, Qurtuluş Savaşında bacarmadıqlarını, 15 İyulda nail olmayacaqlardımı? O gecə sevincdən fəryad edərək bir-birilərini telefonla arayanları biz bilirik. Amma hələlik bu barədə televiziyalarda, burada bunları bölüşmürük. Amma beynəlxalq toplantılarda bunu biriləri ilə xüsusi olaraq bölüşürük. Bundan dolayıdır ki, Türkiyədə də bundan sonra müxtəlif ölkələrin bəzi insanlarının burada rahatlıqla “at oynatmasına” imkan verməyəcəyik.
Müxalifət.az