“Lazım gəlsə, istehsalı artıra bilərik” – RUSİAYADAN İQTISADİ TƏHDİD

Baxış sayı:
5752

Rusiyanın enerji naziri Aleksandr Novak Rusiyanın neft istehsalını daha da artırmaq imkanlarına sahib olduğunu bildirib. Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, nazir deyib: “Qlobal neft qiymətləri qeyri-müəyyənlik səbəbindən daha da arta biləcək potensiala sahibdir. Hər şey noyabr ayında baş verəcək dəyişiklikdən asılıdır”.
Novak, paytaxt Moskvada keçirilən Rusiya Enerji Həftəsi çərçivəsində neft bazarlarında yaşanan son hadisələri dəyərləndiriblər.       
Lazım gəldiyi təqdirdə Rusiyanın neft istehsalını artıra biləcəyini bildirən Novak deyib: “Rusiya hələ neft istehsalının zirvəsinə çatmayıb. Lazım gəlsə, istehsalı artıra bilərik. Bu il təqribən 555 milyon ton neft istehsal edə biləcəyimizi proqnozlaşdırırıq”.
Novak son dövrdə neftin qiymətinin sürətlə artması barəsində deyib: “Qlobal neft qiymətləri qeyri-müəyyənlik səbəbindən daha da arta biləcək potensiala sahibdir. Hər şey noyabr ayındakı dəyişikliklərdən asılıdır”.