“Lazım gələrsə, İSRAİLLƏ VURAŞACAĞIQ”

Baxış sayı:
7246

“Həmas”ın Qəzza üzrə səlahiyyətlisi Yəhya es-Sinvar, İsrailin Qəzzaya tətbiq etdiyi blokadanın davam etdiyi təqdirdə "güc istifadə edəcəkləri" ilə bağlı xəbərdarlıq edib.
 
“Həmas”ın Qəzza üzrə səlahiyyətlisi Yəhya es-Sinvar, İsrailə qarşı hərbi güc tətbiq etməkdən çəkinməyəcəklərini deyib.
"Əl-Cəzirə" telekanalına açıqlama verən Sinvar, Qəzzaya tətbiq etdiyi blokadanın davam etdiyi təqdirdə hərbi güc tətbiq etməkdən çəkinməyəcəklərini və bununla əlaqədar son zamanlarda İsrailə açıq mesajlar göndərdiklərini bildirib.
Qəzza sərhədində 30 martdan bu yana davam edən “Böyük Qayıdış Yürüşü”nün Fələstin məsələsini yenidən dünya gündəminə daşıdığını qeyd edən Sinvar, "Bəziləri dünya gündəminin çox məşğul olduğu haqda təbliğat aparmağa çalışır. Ancaq bu böyük hərəkat (Böyük Qayıdış Yürüşü) bir anda Fələstin iddiası və Qəzza mühasirəsinin ən güclü şəkildə dünya gündəminə oturmasını təmin etdi" deyə, söyləyib.

Müxalifət.az