"Lavrovun ABŞ-a səfəri heç nəyi dəyişmədi" - PESKOV

Baxış sayı:
3183

Rusiya-ABŞ münasibətləri elə bir dərin böhran vəziyyətindədir ki, hətta Xarici İşlər naziri Sergey Lavrovun səfəri belə vəziyyəti dəyişməyə və müsbətə doğru yönəlməyə kömək etmədi. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Putinin mətbuat katıbı Dmitri Peskov deyib. "Optimizm üçün hər hansısa bir səbəbin olduğunu düşünmürəm", - deyə Peskov bildirib. Xatırladaq ki, Sergey Lavrov dekabrın 10-da Vaşinqtona səfər edərək ABŞ Dövlət katibi Mayk Pompeo və Prezident Donald Trampla görüşüb.