​Lavrovdan XƏBƏRDARLIQ: “Bu, faciəyə gətirib çıxaracaq”

Baxış sayı:
3712

Koreya Xalq Demokratik Respublikasının (KXDR) ətrafında vəziyyət üzrə hərbi ssenarini təhrik etmək cəhdləri faciəyə gətirib çıxaracaq.
Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Federasiya Şurasında “hökumət saatı”nda çıxışı zamanı bildirib.
“Koreya yarımadası ətrafında vəziyyət narahatlıq doğurur. Gərginliyin tədricən azaldılmasına və danışıqlara alternativ mövcud deyil. Hərbi ssenarini təhrik etmək cəhdləri faciəyə gətirib çıxaracaq”, - o deyib.
Lavrovun sözlərinə görə, Rusiya Çin ilə birgə mövcud problemin həllinə imkan verən “yol xəritəsi”ni hazırlayıb.
“Bu yanaşmanın tərəfdarlarının sayı artır”, - Lavrov qeyd edib.