Lavrovdan Qarabağ AÇIQLAMASI: "Mümkünsüz görünür"

Baxış sayı:
2638

“Rusiya ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini müsbət qiymətləndirir”.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşdən sonra təşkil edilən brifinqdə deyib.
Lavrov qeyd edib ki, baş katiblə görüşdə ATƏT-in Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanmasındakı, Cənubi Qafqazda sabitliyə dair Cenevrə müzakirələrindəki səylərini, eləcə də ATƏT-in Balkanlardakı fəaliyyətini müsbət qiymətləndirdik: “Minsk tədbirlər paketinin tam və ardıcıl yerinə yetirilməsinin alternativsizliyinə əsaslanaraq, Ukraynanın şərqində siyasi həll prosesinin perspektivlərini ətraflı müzakirə etdik”.
Rusiya baş diplomatı qeyd edib ki, Ermənistanda daxili proseslər başa çatmayanadək Dağlıq Qarabağ böhranından çıxmaq üçün yollar tapmaq çətin məsələdir.
“Rusiya ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biridir. Məhz bu formatda son illər Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun açılması üçün kifayət qədər gərgin səylər göstərilib. Düşənbədə Ermənistan baş naziri əvəzi Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə edilmiş razılaşmanın məğzi təmasların bundan sonra da davam etdiriləcəyindən, xarici işlər nazirləri səviyyəsində görüşlər keçiriləcəyindən, istər Azərbaycanın, istərsə də Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrləri ilə çalışmağa hazır olmasından ibarətdir. Biz belə bir razılaşmanı alqışlayırıq, hərçənd Ermənistanda indi müşahidə etdiyimiz yetərincə gərgin daxili təbəddülatlar bitməyinədək bu böhranı aradan qaldırmaq, Dağlıq Qarabağ münaqişəsinin dolğun həllinin konkret variantlarına dair ciddi müzakirələr aparmaq çətin mümkün olsun”, - deyə Lavrov qeyd edib.