​Lavrovdan Kərkük açıqlaması: “Ərbil ilə əlaqələrimiz Bağdaddan gizli deyil”

Neft lirinin lüşlməsi rkün statusu iki əsas problemdir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İraq ordusu ilə Şimali İraq Kürd Muxtariyyətinin Peşmərgə qüvvələrinin arasında silahlı toqquşma olmasına qarşı olduqlarını bildirib.
Hurriyyet.org xəbər verir ki, Rusiyanın Soçi şəhərində keçirilən XIX Dünya Gənclik və Tələbə Festivalında çıxış edən Lavrov İraq ordusunun Kərkük əməliyyatı barəsində açıqlamalar verib.
İraq və Şimali İraq Kürd Muxtariyyəti arasında silahlı toqquşma olmasına qarşı olduqlarını bildirən Lavrov deyib: “Bunun, kürdlər də daxil olmaqla, İraq xalqının mənafeyinə zidd olduğunu düşünürük. Hazırda İraqda yaşayanların gələcəkdə vahid dövlət içərisində necə yaşayacaqları məsələsində qısa müddət ərzində razılıq əldə eləmələrini istəyirik”.

“Kürd probleminin Türkiyə, İran və Suriyada narahatedici olduğuna diqqət verilməlidir”

Nazir sonra sözünə davam edərək deyib: “Tərəfləri regiondakı vəziyyəti düşünərək və kürd probleminin sadəcə İraqı yox, həm də Türkiyə, İran və Suriyanı da narahat elədiyini göz qarşısına gətirərək, razılaşma əldə etməyə çağırırıq”.
Lavrov bölgədə neft gəlirlərinin paylaşması və Kərkükün statusu kimi iki əsas problemin mövcud olduğunu bildirib.

“Ərbil ilə iqtisadi əlaqələrimiz Bağdad üçün sirr deyil”

Lavrov Rusiyanın həm Bağdad, həm də Ərbil ilə yaxşı münasibətlərə sahib olduğunu qeyd edib: “Rusiya ilə Şimali İraq Kürd Muxtariyyəti arasındakı iqtisadi əlaqələrimiz Bağdad üçün sirr deyil”.