​Lavrovdan Çavuşoğluna: Bizi variantlarla qidalandıracaqsınız?

Ötən gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Antalyada Rusiya Xarici İşlər naziri Sergey Lavrov və iranlı həmkarı Məhəmməd Cavad ilə Suriya görüşü hazırcavab anlara səhnə olub.
Muxalifet.az xəbər verir ki, Çavuşoğlu Lavrova toplantıya günorta yeməyindən sonra getməyi təklif edib.
Lavrov isə öz növbəsində Çavuşoğluna belə bir sual verib: "Menyuda nələr var?"
Çavuşoğlu: "Menyuda müxtəlif variantlar ola bilər"
Lavrov: "Bizi variantlarla qidalandıracaqsınız?"
Qeyd edək ki, Suriyanın gündəmdə olduğu görüşdə nazirlərin qalstuk taxmaması da diqqətdən yayınmayıb.