Lavrovdan Bakı və İrəvana səfəri ilə bağlı açıqlama: "Qarabağı müzakirə edəcəyik"

"Gələn həftənin əvvəlində İrəvan və Bakıya səfər etməyi düşünürəm.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, gündəliyə hər iki ölkə ilə ayrılıqda ikitərəfli əlaqələrin müzakirəsi daxildir: “Həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərin hansı səviyyədə olduğunu müzakirə edəcəyik”.
Xatırladaq ki, S. Lavrov noyabrın 20-də Bakıya səfər edəcək./apa/