Lavrovdan açıqlama:: ABŞ-ın Türkiyə PLANI DAVAM EDİR

Baxış sayı:
2578

Rusiya XİN rəhbəri Sergey Lavrov, ABŞ-ın Suriya-Türkiyə sərhədinə PYD-lilərdən ibarət 30 min nəfərlik ordu yaratmaq planının davam etdiyini deyib.
 
ABŞ-ın Suriyada terrorçulardan 30 min nəfərlik bir ordu qurmaq niyyətinin dəyişmədiyini söyləyən Rusiya XİN rəhbəri Sergey Lavrov, "ABŞ Suriyada Türkiyənin narazılığını görməməzliyə vurdu" deyib.
 
ABŞ PKK-ya ƏSASLANDI
 
ABŞ-ın Suriyada 2-3 ildir qeyri-qanuni bir şəkildə olduğunu dilə gətirən Lavrov," ABŞ Suriyadakı etiraz aksiyalarının əvvəlindən etibarən Kürdlərə söykəndi (PYD) və Türkiyənin narazılığını görməməzliyə vurdu. Türkiyənin mövqeyi fərqli şəkillərdə dəyərləndirilə bilər, ancaq bu mövqe bir həqiqətdir və heç bir zaman da sirr deyildi" deyə, bildirib.
 
ABŞ TÜRKİYƏNİN MÖVQEYİNİ GÖRMƏMƏZLİYƏ VURDU
 
Lavrov, Türkiyənin Suriyadakı bəzi qrupları, bir çox ölkə tərəfindən terror təşkilatı qəbul edilən PKK ilə əlaqəli olaraq gördüyünü xatırladıb.
Bu yanaşmanın məlum olduğunu bildirən Lavrov, "Türkiyə dəfələrlə Suriya sərhədindəki bölgənin Kürdlərin nəzarətinə keçməsinə heç bir şəkildə icazə verməyəcəyini bildirmişdi, ancaq ABŞ, Türkiyənin mövqeyini görməməzliyə vuraraq Kürdlərə böyük silah yardımları edib" deyə, söyləyib.
 
ABŞ-ın 30 MİN NƏFƏRLİK PYD ORDUSU GERÇƏYİ DƏYİŞMƏDİ
 
ABŞ-ın sözügedən mövqeyini tənqid edən Lavrov, bunları qeyd edib:
“ABŞ, Suriyada perspektivsiz, dar dünyagörüşünə və bəlkə də, pis niyyətli mövqeyə malikdir. Qısa bir müddət əvvəl əksəriyyəti Kürdlərdən ibarət olan və Türkiyə-Suriya sərhədi arasında 30 min nəfərlik bir ordu yaradacaqlarını söylədilər. Sonra yöndəmsiz bu bəyanatları rədd etdilər, ancaq bu bəyanatlar, sözügedən niyyətlərinin davam etdiyi gerçəyini dəyişdirmir. Sonra Türkiyə, Afrin əməliyyatını başladı. Bu açığı mənim üçün sürpriz olmadı. Ankaranın mütəmadi xəbərdarlıqlarını Vaşinqton görməzdən gəldi".
Müxalifət.az