Lavrov: "Vaşinqton İŞİD-i dəstəkləyir və ABŞ hərbçilərinin Suriyada olması qeyri-qanunidir"

Muxalifət.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın lideri olduğu beynəlxalq koalisiyanı Rusiya və Suriya ordularının İŞİD-ə qarşı hücumlarına mane olmaqda ittiham edib.
ABŞ ilə İŞİD-in arasında razılaşma olduğuna dair əldə bir dəlil olmadığını bildirən Lavrov koalisiya qüvvələrinin Suriyadakı fəaliyyaətinin Rusiya Hava-Kosmik Qüvvələri və Suriya ordusu tərəfindən İŞİD-ə qarşı aparılan əməliyyatlara əngəl olmaqda günahlandırıb. O, bu açıqlamanı Moskvadakı mətbuat konfransında, ABŞ-ın İŞİD terrorçularının  Rakkadan təxliyyə edilməsinə şərait yaratdığı sualı cavablandırarkən verib.
 
“ABŞ-ın Suriyadakı varlığı qanuni deyil”
Lavrov ABŞ-ın Suriyadakı hərbi varlığı barəsində Pentaqondan verilən açıqlamanın absurd olduğunu bildirib: “Dərhal ABŞ XİN ilə əlaqə saxlayıb, hansı BMT qərarından söhbət getdiyini soruşduq. Hətta bizə cavab verən şəxs də ABŞ Müdafiə Nazirliyinin açıqlamasının absurd olduğunu başa düşmüşdü”.