Lavrov və Tillerson telefonla danışıblar

Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı baş tutub.
 
 “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in saytında dərc edilən məlumatda bildirilir.
 Tərəflər telefon danışığı zamanı Qətər ətrafında yaranmış vəziyyətin danışıqlar yolu ilə  nizamlanmasının vacibliyini qeyd ediblər və bu cür səyləri dəstəkləməyə hazır olduqlarını bildiriblər.
 Tərəflər həmçinin Rusiya-ABŞ münasibətlərinin  aktual məsələlərini, o cümlədən, ikitərəfli gələcək səfərlərin qrafikini nəzərdən keçiriblər.