​Lavrov və Çavuşoğlu Astana-7-dən danışdı

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb.
Muxalifet.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda Lavrov və Çavuşoğlu, Qazaxıstanın paytaxtı Astanada bu gün başlayan Astana-7 görüşləri çərçivəsində Suriyadakı vəziyyəti müzakirə edib.
Lavrov və Çavuşoğlu suriyalı tərəflər arasında danışıqlar prosesini daha çox təşviq etməyə yönələn səyləri davam etdirməyə hazır olduqlarını vurğulayıb.

Türkiyə tərəfi isə görüşlə bağlı hər hansı məlumat verməyib.