​Lavrov Rusiya-ABŞ əlaqələrindəki SİRRİ AÇIQLADI: Onlar Trampın...

Baxış sayı:
5497

Rusiya ilə münasibətlərin qaydaya salınması üzrə ABŞ prezidenti Donald Trampın istənilən addımları dağıdıcı yanaşmaya tərəfdar olan şəxslər tərəfindən bloklanır.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu beynəlxalq işlər üzrə Rusiya Şurasının ümumi yığıncağında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Artıq aydındır ki, Vaşinqtondan yeni, həmçinin Rusiya istiqamətində qeyri-adekvat hərəkətləri tamamilə gözləmək olar. Vaşinqtonda ən kəskin müasir problemlər üzrə Moskva ilə normal əlaqələr qurmaq istəyən prezident Donald Trampın istənilən addımları ölkəmizlə münasibətlərdə dağıdıcı yanaşmanı formalaşdırmaq istəyənlər tərəfindən bloklanır”, - Lavrov deyib.