Lavrov Ərdoğana "Səni sevirəm" deyib? - VİDEO

Baxış sayı:
2437

Rusiya Xarici İşlər Nazirliyi martın 5-də Moskvada Putinlə görüşdən sonra Türkiyə lideri Ərdoğanla Rusiya XİN rəhbəri Lavrov arasında baş tutan söhbət barədə yayılan xəbərlərə reaksiya verib.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, nazirlik rəsmi səhifəsində Türkiyənin Yol TV-nin yaydığı məlumatı paylaşaraq, sözügedən dialoqun mətbuatda yanlış anlaşıldığını bildirib.

Rusiya XİN əslində Sergey Lavrovun Ərdoğana "I love your tie" (Qalstukunu bəyəndim) dediyini qeyd edib.

Qeyd edək ki, Türkiyə mətbuatı sözügedən görüşdə Lavrovun Ərdoğana "I love Tayyib" (Səni sevirəm, Ərdoğan) deməsi barədə məlumat yayıb.