​Lavrov qapını özü açar, bizdə demokratiya var - Zaxarova

Baxış sayı:
5428

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Lavrov-Pompeo görüşü öncəsi amerikalı mühafizəçi ilə olan zarafatyana dialoqunu Feysbuk səhifəsində paylaşıb. Muxalifet.az xəbər verir ki, XİN-nin mətbuat katibi amerikalıya “Bizdə demokratiya var” sözlərini dediyini bildirib. “Rəhbərləri gözləyərkən amerikalı mühafizəçi ilə söhbətləşirdik. O, “Lavrova qapını kim açacaq?” deyə soruşdu. Mən də “Özü həll edər, bizdə demokratiya var” dedim”, - deyə Zaxarova səhifəsində paylaşıb.