​Lavrov İstanbulda Türkiyəyə yalvarıb: - "HƏRBİ MÜDAXİLƏ OLMASIN"

"Mosul və Rakka əməliyyatı gözlənilir
 
Hurriyyet.org türk mediasına istinadən xəbər verir ki, Ankarada adının gizli qalmasını istəyən bir vəzifəli şəxs Rakka ilə Mosul əməliyyatları ilə bağlı “Türkiyə Silahlı Qüvvələri Suriyadan ancaq Türkiyəyə qarşı təhlükə təhdidi ortadan qalxdığı zaman çıxa bilər” sözlərini deyib.
Ankarada yüksək hakimiyyət dairələrində çalışan həmin şəxs bir qrup jurnalistə Mosul və Rakka əməliyyatları barədə mühüm açıqlamalar verib. Türkiyənin Yaxın Şərq siyasətində atacağı addımlardan danışıb. Həmin məlumatlar bunlardır:
 
Blinkenə terror xəbərdarlığı
 
Türkiyənin YPG-yə qarşı münasibəti PKK-ya qarşı münasibətindən fərqli deyil. Bir terror təşkilatıını digər terror təşkilatı ilə mübarizə aparması olan haqq qazandırmaz və qanuniləşdirməz. ABŞ xarici işlər nazirinin müavini Blinkenə də bu münasibətimizi bildirdik. “Fərat qalxan”ında cənuba doğru əmin addımlarla, diqqətli bir hərəkat planlaşdırmaqla irəliləyiyirik. Hədəflərimizin arasında Əl Bab da var. Əməliyyat zamanı tələsmək doğru olmaz. “Çətindir” deyirdilər, amma Cerablus 3 günün içərisində təmizləndi. Türkiyə Silahlı Qüvvələri Suriyadan ancaq Türkiyəyə qarşı təhlükə təhdidi ortadan qalxanda çıxacaq.
 
Suriyadan icazə istəməyəcəyik
 
Bizim problemimiz İŞİD ilə YPG-ni o bölgədən çıxarmaqdır. Bu məsələ ilə bağlı Suriyadan icazə almağa məcbur deyilik.
Rakka əməliyyatı yaxşı planlaşdırılmalıdır. Suriyanın bütövlüyünü qoruyacaq bir əməliyyat aparılmalıdır. Koalisiya gücləri ilə birlikdə lazım olan addımları atmağa davam edəcəyik. YPG-li Rakka əməliyyatına qarşıyıq. Rakka ərəb şəhəridir və kürd gücləri ilə əməliyyat aparılsa, etnik münaqişə baş verə bilər.
Bizi Mosulun gələcəyi maraqlandırır. Əməliyyat İraqda etnik-məzhəb nifaqı və başqa problemlər doğurmamalıdır.
Türkiyənin nə düşündüyün Blinkenə də söylədik. Onların bizə icazə, razılıq verməsini gözləmirik. Bizim öz təhlükəsizlik maraqlarımız var.
 
Lavrov bizə yalvardı
 
2013-cü ildə Suriya hakimiyyəti müharibəni uduzmaq üzrə olduğu vaxtda kimyəvi silahdan istifadə edib. Obama “Kimyəvi silah müdaxilə səbəbidir” demişdi. “Suriya məsələsində harada səhv edildi?” deyə soruşursunuzsa, cavab Obamanın kimyəvi silahla bağlı qoyduğu qırmızı xəttinin keçilməsidir. Obama qırmızı xəttdən danışdı, amma bu sözün arxasında durmamaqla, bu işi axıra çatdırmamaqla əsas oyunçu olmaq xüsusiyyətini itirdi. ABŞ dünyada bir boşluq yaratdı. Bu boşluq nəticəsində Rusiya Ukraynadan sonra Suriyaya girə bildi. 2013-cü ilə Əsəd küncə sıxışdırılanda Rusiyanın Xarici İşlər naziri Lavrov İstanbulda bizə yalvardı: “Bunu siyasi yolla həll etmək lazımdır, hərbi həmlə olmamalıdır”.
Kobanidə xalq ilə münasibətlər məsələsində zəif olduq. Sərhəd təhlükəsizliyi üçün sərhədimizə yerləşdirdiyimiz tankları, aşağıda aparılan döyüşləri bir təzad şəklində təqdim etdilər. Oradakı müharibəyə tamaşaçı kimi baxırmışıq ki, bir görüntü yayıldı.
 
Menbiçdə yenidənqurma
 
Burada 200 ünsür var, geri çəkilmələrini gözləyirik. Azad Suriya Ordusu və Suriya Demokratik Qüvvələrindəki ərəblərin birlikdə döyüşməyi öyrənməkləri lazımdır. Bunun üçün biz Menbiçdə ASO ilə SDQ-nin, ərəb qüvvələrin ortaq idarəetmə qurmalarını istəyirik.
Rusiya ilə ziddiyyətlərin olmaması barədə danışıqlar aparırıq. “Mənim burada əməliyyatım var, bir-birimizə toxunmayaq” şəklində. Rusiya bütün ağırlığı ilə Hələbə yönələcək. Çünki yeni ABŞ iqtidarının hakimiyyətə gəlməsindən əvvəl burada güclü olmaq istəyir.
 
İran da fəaliyyətdədir
 
Suriyada humanitar atəşkəsə İranın da ehtiyacı var. Bəzi şiə kəndləri silahlandırılıb. İran rejimi bu qərarı verməyə inandıra biləcək.
Gülənin ekstradisiyası məsələsinin süründürülməsi qəbuledilməzdir, iki ölkə arasındakı münasibətlərə narazılıq gətirəcək.
 
Səfirlər təyin ediləcək
 
Mavi Mərmərə və təzminat məsələlərinə gəlincə... Təzminat vəsaiti İsrail Xarici İşlər Nazirliyinin büdcəsindədir. Səfirlər eyni vaxtda, 10 gün müddətində təyin ediləcək.