Lavrov Ermənistanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Baxış sayı:
8431

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrının 10-11-də Ermənistanda səfərdə olacaq.

“Report”un Rusiya burosunun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə məlumata verib.

“S.Lavrov səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Tərəflər ikitərəfli münasibətləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər”, – deyə o qeyd edib.