​LAVROV: Diplomatlar barədə hər ölkə özü qərar verməlidir

Baxış sayı:
2863

Hər bir ölkə diplomatlarının Rusiyadakı xidməti barədə özü qərar verməlidir.
Muxalifət.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bir sıra Avropa Birliyi ölkələrinin Rusiyadakı diplomatlarının geri çağırılması ehtimalı ilə bağlı danışarkən deyib.
“İstintaq hələ yekunlaşmayıb. Böyük Britaniya isə müttəfiqlərini məcburi addımlar atmağa sövq edir”, - Lavrov bildirib.
Qeyd edək ki, Böyük Britaniyanın nümunəsi ilə hərəkət edərək bir sıra Avropa Birliyi ölkələrinin Rusiyadakı diplomatlarını geri çağıra biləcəyi iddia edilib.