​Lavrov: Bu iki ölkəyə yardıma hazırıq

Baxış sayı:
334

Müxtəlif beynəlxalq platformalarda Fələstin və İsrail arasında siyasi dialoq üçün köməyə hazırıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
Lavrov Moskvada Ərəb ölkələri səfirləri və Ərəb Birliyi nümayəndələri ilə görüş keçirib. Görüşdə əsas məsələ Fələstin-İsrail münaqişəsi olub. Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparılıb, regionda gərginliyin sabitləşdirilməsi və böhranların nizama salınması məsələləri də gündəmdə olub.