Lavrov belaruslu həmkarı ilə danışıqlar aparacaq - MOSKVADA

Baxış sayı:
2053

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sentyabrın 2-də Moskvada belaruslu həmkarı Vladimir Makey ilə görüşəcək.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Sentyabrın 2-də Moskvada Rusiya və Belarusun xarici işlər orqanlarının rəhbərləri arasında danışıqlar gözlənilir", - deyə M.Zaxarova bildirib.