“Əlavə şərhə ehtiyac yoxdur“ - QURBAN QURBANOV

Baxış sayı:
772
 
  •  
  •  
  •  
  •  

"Məğlub olmaq istəmirdik. Bu cür rəqibə qarşı mübarizə aparmaq çətindir. Dinamik kollektivdir və topla sürətli davranırlar. Yenə də futbolçularıma təşəkkür edirəm. Belə komandaya qarşı oynamağı hər bir oyunçu gözləyir. Çünki, həm öz, həm də rəqibin gücünü bilir. Son vaxtlar 3-4 qollu matçlar çox olur. Rəqibi yaxşı oyuna görə təbrik edirəm. Azarkeşlərə də təşəkkürümü bildirirəm".

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sevilya"ya uduzduqları (0:3) Avropa Liqasının qrup mərhələsinin I tur matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, qrupun birinci tur matçlarından sonra fikirləri dəyişib: "Bu gündən sonra daha ciddi və diqqətli olmalıyıq. Futbolda məğlubedilməz kollektiv yoxdur. Sonrakı matçlara daha da ciddi hazırlaşmalıyıq".

Qurbanov İspaniya və Azərbaycan futbolu arasındakı fərqdən danışıb: "Əlavə şərhə ehtiyac yoxdur. La Liqa ən çox izlədiyim çempionatdır. İlk qola kimi mübarizə apara bildik. Ondan sonra bəzi dəyişiklər etdik, önə çıxmaq istədik. Dərhal bundan yararlandılar. Bu, onların necə güclü çempionatdan gəldiyini göstərir".

Təcrübəli məşqçi Xayme Romeronun durumu barədə də danışıb: " "Neftçi" ilə matçda da onun xəstə olduğunu demişdim. Bu gün onun zədələnmə ehtimalı var idi. Ona görə əvəzlədik. Tarazlığı qorumaq üçün Dani Kintananı oyuna daxil etdim".

Mütəxəssis futbolçulardan razı qaldığını söyləyib: "Əsas hücumçumuz Mahir Emreli zədəli idi. Bütün imkanlarımızdan istifadə etdik. Bu isə hər dəfə alınmır".